Sehirbazın nömrəsi faciə ilə nəticələnə bilərdi - VİDEO
ABŞ-ın məşhur sehirbazı, 43 yaşlı Devid Bleyn çıxışı zamanı az qala həyatından olacaqdı.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Fox News”da yer alıb.
Belə ki o, öz nömrəsində ağız nahiyəsinə atəş açıb. Güllə isə həqiqətən onun ağzına daxil olub.
Sehrbazın sözlərinə görə, o, bu nömrəni 2010-cu ildən bəri göstərsə də, heç vaxt belə bir hadisə baş verməyib.
Həmin görüntüləri təqdim edirik: