“O Səs Türkiyə” yarışmasına gələn Sevda Onuk adlı iştirakçı səhnədə göz yaşlarını saxlaya bilməyib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, verilişə həyat yoldaşı ilə gələn iştirakçının həyat hekayəsi hər kəsi kədərləndirib.

Oğlunun bir böyrəklə dünyaya gəldiyini deyən Sevda verilişə onu sevindirmək üçün qatıldığını bildirib.