Həmsədrlərin çağırışı Ermənistanı hərəkətə gətirdi - Baş prokuror döyüş bölgəsinə gəldi - Fotolar
Ermənistanın baş prokuroru Artur Davtyan Tavuş rayonunun Azərbaycanla həmsərhəd Çinari kəndinə gəlib. 
 
Musavat.com-un məlumatına görə, erməni mediası bununla bağlı Ermənistan Baş Prpkurorluğunun mətbuat xidmətinə istinadən xəbər yayıb. Məlumatda deyilir ki, A.Davtyan sakinlərlə görüşdükdən sonra şimal-şərq istiqamətindəki döyüş bölgəsinə gedərək orda xidmət edən hərbçilərlə təmasda olub. Baş prokuror erməni ordusunun əsgərləri ilə ötən ilin 29 dekabrındakı toqquşma barədə söhbət edib.
Düzdür, Ermənistan mətbuatı ənənəsinə sadiq qalaraq  baş verənləri yanlış təqdim edir, toqquşmalara görə Azərbaycan tərəfi günhkar çıxarmağa çalışır. Ancaq Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, həmin gün erməni hərbi təxribatının qarşısını alarkən 3 düşmən hərbçisi məhv edilib. Döyüşdə həlak olan Azərbaycan ordusunun əsgərinin nəşi isə bu günə qədər qaytarılmayıb.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri nəhayət, ilk dəfə Ermənistana çağırış edərək əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin şərtsiz qaytarılmasını tələb edib. 
Çox güman ki, erməni baş prokuror “araşdırma aparıldığı” bəhanəsi ilə bölgəyə səfər edib. Bu “araşdırma” səfəri əsgərimizin nəşinin qaytarılmasının tezləşdirilməsinə də xidmət edə bilər, gecikdirilməsinə də. O da mümkündür ki, sakinlər və əsgərlərlə söhbətdən sonra Ermənistan tərəf “erməni xalqının iradəsi”nin arxasında gizlənərək alçaq davranışlarını bir az da davam etdirsin.