Azərbaycanlı blogger Mehman Hüseynovun saxlanılmasının səbəbi bilinib.
BAKU.WS-in məlumatına görə, bu barədə vəkil Elçin Sadığov bildirib. Onun sözlərinə görə, Mehman hazırda Nəsimi rayon Məhkəməsindədir: “İnzibati Xətalar Məcəlləsinin 535.1 ci maddəsi ilə polisin qanuni əmrinə tabe olmamağa görə tutulub. İşə Nəsimi Rayon məhkəməsinin hakimi Babək Pənahov baxacaq”.