Cənubi Koreya və ABŞ Koreya yarımadasında müharibə başladığı halda Şimali Koreya lideri Kim Çen İni öldürəcək xüsusi briqada yaratmağı planlaşdırır.
APA-nın məlumatına görə, bu barədə “Renxap” agentliyi Cənubi Koreya ordusundakı mənbəyə istinadən məlumat yayıb.
Min nəfərdən iki min nəfərdək döyüşçünün olacağı briqadanın yaradılmasına bu ildən başlanılması planlaşdırılır. Briqadada ABŞ xüsusi təyinatlıları da yer alacaq və onlar Cənubi Koreya komandanlığına tabe olacaq.