Məşhur kosmetika şirkətinin siması kişi oldu - video

Amerikanın məşhur “Maybelline” kosmetika şirkəti ilkə imza atıb.

Axşam.az-ın xarici Kİv-ə istinadən məlumatına görə, şirkət yeni kosmetikasının reklamını qadının deyil, kişinin üzərində nümayiş etdirib.

“Big Shot Mascara” adlı reklam çarxında İnstaqramda 3 milyon izləyicisi olan, gözəllik haqqında danışan Manni Quiterrez çəkilib. O, aldığı təklifdən məmnun olduğunu bildirib.

“Makiyajın cinsiyyəti olmaz” deyən Manni kişiləri çəkinmədən kosmetikadan istifadə etməyə səsləyib.

Qeyd edək ki, bundan əvvəl Amerikanın digər kosmetika şirkəti olan “Covergirl” də ilk dəfə sima olaraq, kişidən istifadə edib. Bundan başqa, İtaliyanın məşhur “Giorgio Armani”si həm kişi, həm də qadınların istifadə edə biləcəyi dodaq boyasını satışa çıxarıb.