Türkiyənin əksər vilayətində çoban çatışmır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Çorum vilayətinin valisi Nəcməddin Kılıç məlumat verib.
Onun sözlərinə görə, Çorumda heyvandarlığı inkişaf etdirmək üçün Əfqanıstan və Özbəkistandan çobanlar gətiriləcək:
“Otlaqlarımız xeyli məhsuldardır. Problem burada heyvanları otlaqlara aparacaq çobanların olmamasıdır”.
Xatırladaq ki, bir müddət əvvəl Muş vilayətində də çoban qıtlığı yaranmışdı. Bəzi sahibkarlar 4 min türk lirəsi (təxminən 2000 manat) qarşılığında işçi axtarırdı.