15 iyul dövlət çevrilişinə cəhddə təqsirli bilinən iki FETÖ üzvünə hökm oxunub.
Axar.az xəbər verir ki, Ərzurum məhkəməsi Jandarma Bölgə Komandanlığının qərargah rəisi, polkovnik Murad Qoçaq və komandanlığın asayiş şöbə müdiri, qərargah mayoru Murad Yılmaz barəsində hökmü elan edib.
Hər iki zabit azadlıqdan ömürlük məhrum edilib.
Bununla da FETÖ istintaqı çərçivəsində qiyamçılara ilk cəza verilib.