İŞİD terror qruplaşması İstanbulda gecə klubuna silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
“Report” xəbər verir ki, bu barədə bazar ertəsi “Reuters” məlumat yayıb.
Yanvarın 1-nə keçən gecə “Reina” klubuna silahlı hücum nəticəsində 16-sı əcnəbi olmaqla 39 nəfər qətlə yetirilib.