Загрузка...

Bakıda kanalizasiya quyusu partladı: nazirlik işçiləri yandı

Bakının Badamdar qəsəbəsində partlayış baş verib.

Lent.az xəbər verir ki, Badamdar yolu 5 ünvanının qarşısındakı kanalizasiya quyusunda olan kabellərə texniki baxış keçirilən zaman quyuda yığılmış metan qazı partlayıb. Nəticədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İB-nin mühəndisləri – 1963-cü il təvəllüdlü Qasımov Namik Mirzə oğlu və Kazımov Fərman Ziyad oğlu yanıq xəsarətləri alıblar.

Hər iki şəxsə təcili tibbi yardım göstərilib. Vəziyyəti daha ciddi olan Fərman Kazımov Respublika Yanıq Mərkəzinə yerləşdirilib.