Türkiyəli aktyor Çağlar Çorumlu çəkiliş zamanı infarkt keçirib.
Axar.az xəbər verir ki, “Güldür-güldür” proqramının çəkilişi zamanı infarkt keçirən aktyor xəstəxanaya yerləşdirilib. Daha sonra vəziyyəti yaxşılaşan Çağlar Çorumlu ev şəraitində müalicəyə buraxılıb.
Qeyd edək ki, aktyor “7 nömrəli” adlı serialla məşhurlaşıb.