Aktyor Bred Pitt və aktrisa Ancelina Colinin taleyi böyük oğlu Meddoksun əlindədir.
Axşam.az-ın xariciKİV-ə istinadən məlumatına görə, gördüklərini kameraya çəkməyi sevən Meddoks anası ilə atasının dalaşdığı anları kameranın yaddaşına həkk edib.
İndi 15 yaşlı uşaq bu görüntüləri ictimailəşdirsə, Bred Pitt üçün heç də yaxşı olmayacağı bildirilib.
Ailəyə yaxın insanlar Colinin də bu görüntülərin yayılmasında maraqlı olmadığını vurğulayıb.
Qeyd edək ki, Hollivud ulduzu A. Coli həyat yoldaşı B. Pittdən boşanma üçün məhkəməyə müraciət edib. O, 6 uşaq üzərində tam himayədarlığı öz üzərində götürmək istəyir.