Dünya şöhrətli britaniyalı müğənni Corc Maykl 53 yaşında vəfat edib.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, iki dəfə “Qremmi”mükafatəna layiq görülən ifaçı mənzilində ölü tapılıb.
Məlumat üçün bildirək ki, Corc Maykl 1963-cü il dekabrın iyunun 25-də Londonda doğulub. Yunan əsilli populyar ingilis müğənnisi, vokalist və bəstəkar musiqi tarixində ən müvəffəqiyyətli müğənnilərdən biri hesab olunur.
Azərbaycanlı dinləyicilər onu daha çox “Careless Whisper” (“Qayğısız pıçıltı”) mahnısı ilə xatırlayırlar.