Futbolçu Kevin Prins Boatenq İbrahim Tatlısəsin mahnısını ifa edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Las Palmas” klubunda forma geyinən Kevin Tatlısəsin “Bi Tanem” mahnısını oxuyub.
Futbolçunun İbrahim Tatlısəsin pərəstişkarı olduğu bildirilir.
29 yaşlı Qana əsilli ulduz futbolçunun şəxsi hesabında paylaşdığı video Türkiyə mediasında böyük marağa səbəb olub.