Mahnıları qədər aktrisa Aslı Enverlə münasibətləri ilə də gündəmdən düşməyən müğənni bu dəfə reklamdan qazandığı məbləğlə hər kəsi heyrətləndirməyi bacarıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, M.Bozun çəkildiyi reklam çarxından əldə etdiyi gəlirin 1.2 milyon lirə (təxminən 600 min manat) olduğu iddia edilir.
Daha öncə bank və geyim markalarının tanıtımını edən məşhur bu dəfə inşaat şirkətinin siması kimi kamera qarşısına keçib.