Müğənni Əmrah Türkiyənin “Sabah” qəzetinə müsahibə verib.
Axşam.az-ın “Haberler.com”a istinadən məlumatına görə, bir çox sualları cavablandıran Əmrah övladları ilə bağlı da danışıb.
Hazırda Sibel Kirer ilə evli olan müğənni ikinci dəfə ata olmağa hazırlaşır. O, “övladlarınıza miras olaraq, nə verəcəksiniz” sualına belə cavab verib:
“Vicdan, qürur və şərəf”.
Qeyd edək ki, Əmrah və Sibel 2014-cü ilin iyununda ailə həyatı qurublar. Onların həmin ilin dekabrında oğul övladları dünyaya gəlib.