Argentinalı ulduz Leonel Messi “Barselona” ilə yeni müqavilə imzalamaq təklifini rədd edib.
Axar.az xəbər verir ki, futbolçunun atası “Barselona” ilə danışıqlar zamanı masadan qalxıb və 2017-ci ilin martına qədər bu məsələni dondurduğunu bildirib.
Messi yeni müqavilə təklifinə ciddi yanaşmasa da, “Barselona” futbolçunun klubda qalmaq istədiyini açıqlayıb. Lakin Messinin İspaniyadakı vergi qanunlarına görə başqa bir ölkədə futbol oynamaq istəməsi də iddia olunur.