Balakəndə fərdi yaşayış evində baş verən yanğın faciə ilə nəticələnib.
ARB Şəki xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Balakən rayonu Daanov küçəsində Səltənət Məhəmməd qızı Məmmədovaya məxsus, ümumi sahəsi 180 kv/m olan kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Evin hələlik məlum olmayan səbəbdən anidən yanması nəticəsində həmin zaman evdə olan 3 yaşlı körpənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
Yanğın məhtudlaşdırıldıqdan sonra 2014-cü il təvəlüdlü Alagözov Ramal Amil oğlunun meyiti aşkar olunaraq aidiyyati üzrə təhvil verilib.
Fakla bağlı araşdırma aparılır.