Məşhur amerikalı aktyor, Rusiya vətəndaşlığını alan Stiven Siqal ticarət meydanlarının təşkilatçılığı ilə məşğul olan “Rus yarmarkası” şirkətinin həmtəsisçisi olub.
Axar.az Rusiya mediasına istinadla xəbər verir ki, Siqal şirkətin 20 faiz səhm kaketini alıb. Digər təsisçi isə Dağ Yəhudiləri İcmaları federasiyasının rəhbəri Akif Hilalovdur, onun şirkətdə 80 faiz payı var.
Qeyd edək ki, çoxçeşidli ticarətlə məşğul olan “Rus yarmarkası” ölkənin 85 regionunda fəaliyyət göstərir. Ümumi dövriyyəsi isə 2,5 milyon dollardır.
Siqal Rusiya vətəndaşlığını 3 noyabrda alıb. Ona vətəndaşlıq pasportunu şəxsən Prezident Putin təqdim edib.