Bir neçə gün əvvəl “Hangimiz sevmedik” serialının çəkiliş meydançasında baş qəhrəmanlar Selen Soyder və Can Yaman arasında dava düşmüşdü.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir-birinə stəkan atdığı deyilən tərəflər məhkəmədə üz-üzə gəlməyə hazırlaşırdılar. S.Soyder C.Yamandan qorxduğunu deyərək hadisədən sonra çəkilişlərə mühafizə ilə getməyə başlamışdı.
Lakin serialı çəkən şirkət gözlənilməz qərar verərək Seleni layihədən uzaqlaşdırıb:
“…Hər serialda belə hadisələr baş verə bilər. Biz də bu məsələyə görə, böyük məsuliyyət daşıyırıq. Bu mübahisənin işimizə təsir edə biləcəyini düşünürük. Ona görə də Selen Soyderlə müqaviləmizi qarşılıqlı şəkildə pozuruq”.