Sahara səhrasına 37 ildən sonra qar yağıb - Foto
Dünyanın ən böyük səhrası sayılan Saharaya son 37 il ərzində ilk dəfə qar yağıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qarlı səhra görüntüləri həvəskar fotoqraf Kərim Buşetata tərəfindən Əlcəzairdə çəkilib.
“İnsanlar səhrada qarın yağmasına heyran olub. Bu çox nadir haldır. Qar cəmi bir gün qaldı və əridi”, – deyə o bildirib.
Qarın yağdığı Əyn-Səfra şəhəri “səhranın qapıları” kimi tanınır. Yayda  bu ərazidə havanın hərarəti 37 dərəcəyə çatır, qışda isə sıfır dərəcəyə enir.
Qeyd edək ki, Sahara səhrasına ilk dəfə qar 1979-ci ilin fevral ayında yağıb.
Sahara səhrasına 37 ildən sonra qar yağıb - Foto