Nə az, nə çox, düz 5 avtobus eyni anda yolun hərəkət hissəsində saxlayaraq sərnişin mindirir. Üstəlik, həmin ərazidə heç bir dayanacaq da yoxdur. Bu isə yol kəsişməsində uzun tıxacın yaranmasına səbəb olur.
Xəzər xəbər-in məlumatına görə, olay paytaxtın ən böyü k prospektlərindən olan Qara Qarayev prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində baş verib. Yaxınlıqda dayanacaq olmasına baxmayaraq, avtobus sürücüləri kəsişmədə sərnişin düşürüb-mindirirlər. Eyni anda yol birləşməsində bir neçə avtobusun saxlaması isə digər yol hərəkəti iştirakçılarına çətinlik yaşadır. Sürücülər burada xeyli vaxt itirdiklərini deyirlər….
Sərnişinlər isə deyirlər ki, avtobuslar dayanacaqda saxlamadıqları üçün onlar məcburən burada dayanmalı olurlar.
”Niyə dayanacaqdan kənarda saxlayırsız” sualımıza isə avtobusun sürücləri özlərinə məxsus cavab verdilər.
Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, belə problemlərdən xəbərdardırlar. Hazırda agentlik tərəfindən bu kimi halların aradan qaldırılması üçün işlər aparılır. Yaxın vaxtlarda paytaxtdakı bütün avtobuslara gps sistemi quraşdırılacaq. Bu sistem vasitəsi ilə dayanacaqdan kənarda saxlayan avtobuslar müəyyən ediləcək və məxsus olduğu daşıyıcı şirkətlər haqqında lazımı tədbirlər görüləcək.