İvanka Trump diqqət mərkəzində olmağa alışıb. Gənc yaşlarında model kimi çalışan İvanka daha sonra moda aləmini, biznesi, KİV-i əhatə edən genişmiqyaslı imperiyanın sahibi oldu.
Lakin indi İvanka daha çox diqqət mərkəzində olacaq – cünki Ağ Evə gəlməyə hazırlaşan Donald Trump qızını və onun həyat yoldaşı Jared Kushneri də özüylə gətirəcək.
Noyabr ayında Trump həyat yoldaşı Melanianın oğlu Barronun məktəbdə tədris ili başa çatana qədər Nyu-Yorkda qalacağını bildirmişdi.
Bu vaxt ərzində isə İvanka həyat yoldaşıyla Washingtonun nüfuzlu rayonu sayılan Georgetown-a yerləşmək imkanlarını nəzərdən keçirəcək. Donald Trump İvanka və Jaredə Ağ Evdə ofis ayırmağa hazırlaşır, hansı ki, adətən dövlətin birinci xanımı üçün nəzərdə tutulur.
“Birinci ledi” haqqında kitabın müəllifi Suzanne Suenin fikrincə, Melanianın bu qərarı Ağ Evdə qəbul edilən protokoldan geri çəkilməkdir. Lakın Washingtonun siyası arenasının mərkəzinə ilk dəfə düşən ailə üçün bu hec də təəccüblü hadisə deyil.
“Birinci xanımların hər biri hər şeyi özlərinə uyğunlaşdırmağa çalışırlar”, – deyən Suenin sözlərinə görə Barack Obamanın xanımı Michelle Obama da qızlarıyla Chicagoda qalmaq imkanlarını nəzərdən keçirmişdi.
Suenin fikrincə, Melania Trumpın New Yorkda qalmaq qərarı həyatlarını əvvəlki kimi davam etdirməyə və uşaqları ictimai diqqətdən qorumağa yönləndirilib. Uzun illər ərzində ölkənin əksər birinci xanımları da bu fikri dəstəkləyiblər.
“New York Times” qəzetinin yazdığına görə Eric Trumpın xeyriyyə fondu qalibin İvanka ilə kofe işmək hüququ qazanacağı auksionun anonsunu verib.
Londondan olan investisiyalar meneceri Ozan Özkuralın qəzetə verdiyi açıqlamaya görə, o ABŞ-ın yeni prezidentinin Türkiyəyə və digər ölkələrə qarşi siyasət planları barədə daha çox bilmək şansına görə 60 min dollarlıq təklif irəli sürüb.
Auksiona cıxarılan və ilkin olaraq 50 min dollar dəyərində qiymətləndirilən təklif ötən cümə 72 min 888 dollara çatıb. Auksiondan əldə edilən bütün gəlirlər Tennessidəki St Jude xəstəxanasına göndərilməsi nəzərdə tutulmuşdu. Lakin sonradan auksion təşkilatçıları tədbiri təxirə salıblar.
Görünən odur ki, Melania New Yorkda qaldığı müddət ərzində İvanka rəsmi tədbirlərdə və dövlət rəsmiləriylə faktiki olaraq sahibə kimi çıxış edərək birinci xanım səlahiyyətlərini üzərinə götürməyə hazırdır.
Ümumiyyətlə, bu yayılmış praktikadır. Belə ki, Thomas Jefferson, Lyndon Johnson və Ronald Reagan da daxil olmaqla ABŞ-ın digər prezidentlərinin ailə üzvləri də xidməti səlahiyyətlərini yerinə yetirməkdə dövlət başçısına köməklik ediblər.
Lakin İvanka Trumpın rolu daha əhəmiyyətli ola bilər. Belə ki, İvankanın Yaponiyanın baş naziri Shinzo Abe ilə danışıqlarda və Silicon Valleyin nəhəng liderləri – Facebook, Apple və digər böyük texnologiya şirkətləriylə görüşdə iştirak etməsi təəccübə səbəb olub.
Atasının yürütdüyü siyasətin formalaşmasında İvankanın təsiri ola bilərmi? Bir qədər əvvəl o, gələcəkdə Respublika Partiyasının siyası xəttinə qarşı çıxa biləcək konkret məsələləri – qadın hüquqlarının qorunması, İqlimin dəyişməsi istiqamətində mübarizə, uşaqlara qayğı siyasəti kimi problemlərin həllini müdafiə edirdi.
“Trump Revealed: An American Journey of Ambition, Ego, Money and Power”(Örtüksüz Trump: ambisiya, eqo, pul və hakimiyyət) kitabının müəlliflərindən biri Michael Kranishin fikrincə, Trumpın qızıyla bağlı planları hələ də qaranlıq olsa da, prezident biznes məsələlərində ailə üzvlərininn yaxın məsləhətçiləri olduğuna dair eyham vurub.
İvanka Trump-ın gələcək admnistrasiyada rolu barədə suallar Yaponiyanın baş nazirilə görüşdən sonra peyda olmağa başladı.
“İvanka seçki qabağı kampaniyada mühüm rol oynadı və buna görə də hər kəs onun və həyat yoldaşının Trumpın məsləhətçisi qismində kifayət qədər rol oynayacağını gözləyir”, -deyə Kranish bildirib.
Prezidentin siyasi məsələlər üzrə müşaviri Anne-Marie Slaughter “Nеw York Times” qəzetinə verdiyi müsahibədə İvankanı atasının prezidetliyi müddətində qadın haqlarının müdafiəçisi kimi gördüyünü bildirib.
“O, uşaqlara qayğı göstərilməsi məsələlərinə çox ciddi yanaşır və administrasiya daxilində bu vacib qüvvə sayıla bilər”, -deyə Slaughter vurgulayıb.
Lakin onun rolu nə dərəcədə formal xarakter daşıyacaq? Hələki dövlət nümayəndəsi sayılmayan İvankanın qohumbazlıqla mübarizə federal qanuna heç bir aidiyyatı yoxdur.
Keçmiş prezident John Kennedy-nin dövründə qəbul edilən bu qərar ABŞ-ın dövlət siyasətinə prezidentin ailə üzvlərinin təsirini məhdudlaşdırır. Trumpın müşaviri Kellyanne Conway artıq administrasiyanın qanundakı bu boşluqdan istifadə edə biləcəyi ehtimalını irəli sürüb.
“Lakin göründüyü kimi qohumbazlıqla mübarizə haqqında qanunda bəzi hallarda, məsələn Qərb qanadında çalışmaq istəyən ailə üzvləri üçün istisnalar nəzərdə tutulub. Belə ki, belə hallarda prezident özünün xüsusi əməkdaşlarını təyin edə bilər”, – deyən Konveyin fikrincə, Ağ Evdəki istənilən iş Trumpın biznes maraqlarından “tam ayrılması” deməkdir.
Donald Trump ölkəyə başçılıq etdiyi müddət ərzində onun şirkətini idarə edənlər arasında qızının adını çəkməyib.
Lakin buna baxmayaraq, maraqların toqquşması nəticəsində yaranan ittihamlardan qaçmaq mümkün deyil. Trumpın seçkilərdən sonra ilk dəfə ailəsiylə birgə verdiyi telemüsahibə zamanı şəxsi zinyət brendi olan qolbağı taxıb gələn İvankanın artıq bunu hiss etmək imkanı olub.
Dəyəri 10 min dollar olan zinyət əşyasını reklam edən mətbuat bülleteni KİV-də böyük hay-küyə səbəb olub. Hətta iş o yerə çatıb ki, şirkətin prezidenti rəsmən üzr istəmək məçburiyyətində qalıb.
Bu səhv nəticə çıxarmaq üçün bir dərs, yoxsa Donald Trump administrasiyasında bundan sonra bizi gözləyən çoxsaylı münaqişələrdən birimi olacaq?
“Bizim ölkə ilk dəfədir ki, Ağ Evin biznesmen ailəsini qəbul etməsiylə qarşı-qarşiyadır. Biz ancaq ümid edə bilərik ki, Trumpın ailəsi kifayət qədər ehtiyatlı olacaq və etik zəmində problemlərin yaşanmasından qaçmağa nail olacaq”, – deyə Suen bildirib (BBC).