Bu gün Bakı Apellyasiya Məhkəməsində Rusiyada qətl törətməkdə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bu barədə Report-a E.Məmmədovun vəkili Ülkər Yusifova məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Məmmədovun cəzası azaldılıb. Belə ki, ona verilən 20 il azadlıqdan məhrumetmə cəzası 15 ilə endirilib.

Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddələri ilə ittiham olunub.

O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib. E.Məmmədovun cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb, ona 20 il həbs cəzası verilib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə “Sıqan” (Qaraçı) ləqəbi ilə tanınır.

Загрузка...