Etiraf etməliyik ki, Yaxın Şərqdə liderlik Rusiyaya keçib.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Quru Qoşunları komandanı Raymond Odierno “Foks Nyus”a açıqlamasında deyib.
General Prezident Barak Obamanın “Arxa planda liderlik etmək” strategiyasının ABŞ-ı terrorla mübarizədə xeyli geri saldığını vurğulayıb: “Biz nədənsə arxadan liderlik etmək strategiyasını seçdik. İndi isə öndən liderlik etmənin, aqressiv olmağın zamanıdır”.
Rusiya səfiri Andrey Karlovun ölümünə münasibət bildirən Odierno qeyd edib ki, cinayətdə kimin əlinin olması araşdırmadan sonra məlum olacaq:
“Elə bu səbəbdən ABŞ bölgədəki müttəfiqləri ilə əlaqələrini yaxşı qurmalıdır”.