Türkiyədə maskalı şəxslər kafeyə silahlı basqın edib. Hadisə nəticəsində 1 nəfər ölüb, bir nəfət isə yaralanıb.
Musavat.com-un məlumatına görə, hadisə Malatya rayonunun Abdullah Gül parkındakı bir kafedə olub. Verilən məlumata əsasən, iki qrup arasında baş verən silahlı insidentdə Ümid Qəhrəman Tutal və Tayfun Qartal yaralanıb. Silahlılar isə qaçaraq olay yerindən uzaqlaşıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Ümid Qəhrəman Tutalın həyatını xilas etmək mümkün olmayıb. Tayfun Qartalın müalicəsi isə davam etdirilir.
Hadisənin səbəbləri və silahlıların kimliyi hələlik məlum deyil. Silahlı şəxslərin axtarışı davam edir.