Загрузка...

.paxxgespeed.ic-.axxdw6ctm2ax7.jpg” width=”610″ height=”380″ alt=”Obama qırmızı telefonla Putinə zəng etdi — “Belə etmə, müharibə başlayar”” title=”Obama qırmızı telefonla Putinə zəng etdi — “Belə etmə, müharibə başlayar””/>

ABŞ prezidenti Barak Obama qırmızı telefonla Putinə zəng edərək haker məsələsini müzakirə edib.

Ölkə.Az xəbər verir ki, Obama Moskva və Vaşinqton arasında qaynar xətt rolunu oynayan qırmızı telefondan istifadə edərək Rusiya prezidentindən seçki prosesinə müdaxilə etməməyi tələb edib. Bu barədə Qərbin nüfuzlu NBC kanalı iddia edib.

İddiaya görə, Obamanın məsləhətçilərindən biri prezidentə haker hücumları ilə əlaqədar olaraq Putinlə əlaqə saxlamağı məsləhət görüb. Amerikalı lider isə onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirmək istəməyib və Moskvanı prezident seçkilərinə müdaxilə etməyin fəsadları barədə xəbərdar edib. İddiaya görə, liderlər arasında telefon danışığı 31 oktyabr tarixində olub. Sonuncu danışıqda Obama hərbi münaqişə terminindən istifadə edib.

Obamanın 31 oktyabrda göndərdiyi mesajda bu cümlə var: “Hərbi münaqişələrə aid beynəlxalq hüquq və qanunlara əsasən, münaqişələr kiber sahədəki fəaliyyətlərə görə də qızışa bilər”.

Obama qeyd edib ki, ABŞ Rusiyanın hərəkətlərini bu standartlara uyğun olaraq qiymətləndirəcək.

Ağ Evdə Obamanın qırmızı telefondan istifadə etdiyi barədə iddia öz təsdiqini tapıb.