Nəhəng siçanlar evdə tək qalan 3 aylıq körpəni diri-diri yedilər (VİDEO)

Cənubi Afrikada nəhəng siçanlar 3 aylıq qız uşağını diri-diri yeyib.

BAKU.WS-in məlumatına görə, hadisə Yohannesburq şəhərinin Katlehonq bölgəsində baş verib. 26 yaşlı ana əkiz uşaqlarından birini özü ilə partiyə aparıb, digərini isə evdə qoyub.

Məsuliyyətsiz ananın bu addımı sonunda ona baha başa gəlib. Səhərə yaxın evə qayıdan qadın talehsiz körpənin nəhəng siçanlar tərəfindən parçalanıb yeyilmiş cəsədi ilə qarşılaşıb. Siçanlar uşağın gözünü, barmaqlarını və dilini də yeyib.

Gördüyü mənzərə qarşısında şok olan ana qışqırıqlar içərisində qonşularından kömək istəyib.