İki gündür itkin olan Türkiyənin “Amedspor” futbol klubunun təcrübəli futbolçusu Şehmus Özerin meyiti tapılıb.
Musavat.com-un məlumatına görə, futbolçunun yol qəzasında öldüyü məlum olub. Uçurumdan yuvarlanan bir maşına baxış keçirən polislər avtomobilin və içindəki cəsədin 36 yaşlı Şehmus Özerə aid olduğunu müəyyən ediblər. Bildirilir ki, Malatya rayonunda toyda iştirak edən futbolçu daha sonra Mardin rayonuna gedərkən onun avtomobili uçuruma yuvarlanıb.
Qeyd edək ki, Şehmus Özer “Amedspor” klubunun kapıtanı idi.