Suriyada döyüşən radikal dindarlar Rusiyanın Ankaradakı səfirinin öldürülməsini bayram ediblər.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb. Dəməşqin şərqindəki Quta bölgəsində çəkildiyi iddia edilən görüntülərdə səfirin öldürülməsi şirniyyatla bayram edilir.
Xatırladaq ki, sui-qəsdi törədən polis məmuru Mərd Altıntaşın Əl-Nusra cəbhəsinə aid olan şüarı səsləndirdiyi bildirilir. Həmin polisin suriyalı terrorçular tərəfindən “qəhrəman” elan edildiyi qeyd olunur.