Türkiyəli müğənni və aktyor Murat Bozun dekabrın 23-də nümayişinə başlanacaq “Dönerse Senindir” komediya filmi ətrafında yaşanan qalmaqal haqqında xəbər vermişdik.
BAKU.WS xatırladır ki, mətbuatda yayılan filmin səhnəarxası fotoları tibb bacılarının sərt reaksiyasına səbəb olmuşdu.
Senariyə görə, huşunu itirən Murat Boza təcili müdaxilə üçün gələn tibb bacıları gözəllikləri və qısa paltarları ilə hər kəsi ovsunlayır.
Filmdə yer alan bu görüntülərə etiraz edən tibb bacıları “cinsi obyekt deyilik” haştaqı ilə kampaniyalara başlayıb.
M.Boz isə bütün olanlara belə şərh verib:
“Sərt reaksiyaları anlayışla qarşılayıram. Amma bu bir oyundur, kinodur. Orada baş verənlər məndən asılı olmayan vəziyyətdir. Hadisələrdə baş verənlər rejissorun işidir”.
Olay yaradan həmin görüntüləri oxuculara təkrarən təqdim edirik: