Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd olub.
Musavat.com-un Habertürk-ə (daha sonra digər Türkiyə KİV-lərinə) istinadən verdiyi məlumata əsasən səfir Andrey Karlov Ankaranın Çankaya rayonunda qatıldığı sərgidə silahlı hücuma məruz qalıb.
Hadisə şahidlərinin verdikləri məlumata görə, səfiri danışmaq üçün səhnəyə çağıran zaman salondan kostyumlu bir nəfər silahı qaldıraraq “Hələbin hesabı sorulacaq”, deyə bağırıb və dalbadal atəş açıb. Həmin şəxsin sərgi salonuna polis vəsiqəsi ilə daxil olduğu da iddia edir.
Sui-qəsd zamanı yaralıların olduğu bildirilir. Son dəqiqə bilgisinə görə, həmin sui-qəsdçi 40 dəqiqə sonra yaxalanıb.