Ötən həftə “ASAN Viza” portalınınn təqdimat mərasimi ilə bağlı xəbər diqqətimi çəkdi. Deyilirdi ki, portalın yaradılmasınnda məqsəd əcnəbilər və vətəndaşlığı olnmayan şəxslər üçün vıza verilməsi prosedurnunun sadələşdirilməsı, müasir informasiya ntexnologiyalarının tətbiqi ilə operativlikn və şəffaflığın təminn edilməsidir.
Yəni birdəfəlik elekntron viza almaq üçün nportala müraciət edənn şəxs ödəniş etdikdənn sonra onun vizası 3 günn ərzində elektronn poçt ünvanına göndənriləcək. Şübhəsiz ki, bu yenilik xaricilərin Azərbaycana marağının artmasına səbəb olacaq.
Ancaq çox yaxşı olar ki, ASAN-ın atdığı addımlar digər rəsmi qurumlar tərəfindən də dəstəklənsin. Deyək ki, turist sevincək vizanı alıb Bakıya gəldi. Ancaq ölkəmizdə bank sektorunun iflic hala düşməsi səbəbindən valyutadəyişmə ilə bağlı elə vəziyyətlə üzləşə bilər ki, gəldiyinə peşman olar.
Valyutadəyişmə məntəqələri qapadılıb, banklar ağlaşma qurub, “Qara bazar”la mübarizə gedir. Bəs, Bakıya gələn əcnəbi pulunu harda dəyişəcək? Təzədən hava limanına qayıtmayacaq ki? Azərbaycan vətəndaşları üçün bu vəziyyət “keçərlidir”, necə deyərlər, öyrəşmişik. Ancaq əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, bu sahədə bütün kəm-kəsirləri aradan qaldırmalıyıq. Dünyanın ən gəlirli sahələrindən birinin inkişafına nail olmalıyıq ki, vətəndaşımız da qazansın, dövlətimiz də. Yüz milyonları xərcləyib Şahdağ Qış Kompleksini qurmuşuqsa, qarın bol vaxtında oraları turistsiz qoymamalıyıq.
Gürcü larisinin ucuz vaxtını xatırlayırsınız yəqin. Azərbaycan vətəndaşları bir ucdan qonşu ölkəyə axışırdı. Vaxtilə əcnəbilər dolları Bakıya gətirib 0,78 qəpiyə dəyişməyi rəva bilmirdilər. Ancaq artıq manat dollarla müqayisədə iki dəfə ucuzlaşıb. Məntiqlə Azərbaycan xaricilər üçün cəlbedici olmalıdır. Gəlmirlərsə, demək, günah bizdədir. Nələrsə yerində deyil. Təbii gözəlliklər, tarixi abidələr, müasir və köhnə Bakı, dəniz, fərqli iqlim və s. xaricilərin marağını heç şübhəsiz cəlb etməlidir.
Rəsmi məlumata görə, bu ilin 9 ayında Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə artıb, 1.719.015 nəfərə çatıb. Amma sevinməyə tələsməyək. Təkcə 2016-cı ilin ilk beş ayında Gürcüstana 2 milyondan çox turist gəlib. Qalan 7 ayı da üzərinə gəlsək, böyük rəqəm alınar. Üstəlik, Gürcüstana ən çox gedənlər elə azərbaycanlılar olub – 570,825 nəfər.
İndi əksini düşünək, il ərzində neçə min gürcü Azərbaycana gəlib? Azərbaycan vətəndaşları hətta gömrük-buraxılış məntəqələrində saatlarla gözləməyi, çətinliklərə dözməyi də özlərinə rəva bilərək qonşu ölkəni seçirlər. Nəticədə milyonlarla vəsait Azərbaycanın deyil, qonşu ölkənin istirahət guşələrində xərclənir.
Azərbaycan hökumətinin tam olaraq ASAN-laşdırılmasına ehtiyac var. Gerçəklik budur ki, ASAN Xidmət özünü tam doğrultdu. Cəmi 4 illik fəaliyyəti dövründə quruma 13 milyondan çox vətəndaş müraciət edib. Rəsmi açıqlamaya görə, Dövlət Agentliyindən məmnunluq səviyyəsi 98-100 faiz təşkil edir. İllərlə hətta “JEK” müdirinin qəbuluna düşməyə çətinlik çəkən vətəndaş 15 dəqiqəyə ASAN-dan müraciətinə müsbət cavab alırsa, təbii ki, məmnun qalmalıdır.
Ölkədə idarəçilikdə ASAN-laşma metodu tətbiq olunarsa, heç şübhəsiz Azərbaycana turistlər də axışar, investisiya qoymaq istəyən əcnəbi iş adamları da. Bürokratiyadan, korrupsiya və rüşvətdən uzaq olan bir mühiti kim arzulamaz ki?
Bəli, biz qısa müddətdə brend məhsullar hazırlayıb dünya bazarına çıxara bilməyəcəyik. Böhran isə qapını kəsdirib. Turizm isə hazırda Azərbaycanın ən çox gəlir götürə biləcəyi qeyri-neft sektorudur.
Gələn il Azərbaycanda İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları keçiriləcək. Hər iki oyunu canlı izləməkdən ötrü dünyanın onlarla ölkəsindən turist cəlb etmək imkanımız var.
Hökumət işığın və qazın qiymətini artırmaqla əlavə 300 milyon gəlir götürəcəyini açıqladı. Bununla da xeyli insanın narazılığı ilə üzləşdi. Amma təkcə turizm sektorunda normal vəziyyət yaradılsa, hökumətin qazancı milyardlarla ölçülərdi, üstəlik, tamadadan, dayədən, xadimədən vergi tutmağa ehtiyac qalmazdı…
Hökumət çətin durumdadır, çıxış yolu arayır. Maliyyə naziri də, baş bankir də gələn ilin daha çətin olacağını deyirlər. Çox deyilir ki, bu hökumətin sürəti islahatlar aparmağa yetmir, yol xəritələrindəki qrafikə uyğun gəlmir. Onları bu çətinlikdən qurtara biləcək yol isə var. 13 milyon insanı məmnun edən yol…