Загрузка...

Demet və Muratın Bakı konserti ətrafında qalmaqal

Dekabrın 31-də Bakı Olimpiya Stadionunda konserti olacaq türkiyəli müğənnilər Demet Akalın və Murat Dalkılıç arasında qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, “Posta Gazetesi”ndə yer alan xəbərə görə, Bakıda birlikdə konsert verəcək müğənnilər Demet Akalın ve Murat Dalkılıç İstanbuldakı konsertlərinə çatdırmaq üçün birlikdə özəl təyyarə kirayələmək qərarını gəliblər.

Lakin Dalkılıç Bakıya həyat yoldaşı, aktrisa Merve Boluğur və ailəsini də özü ilə Bakıya gətirmək istədiyini bildirəndə, Demet Akalın buna hirslənib. O, Bakı konsertindən sonra Türkiyəyə dönərkən, təyyarədə dincəlmək niyyətində olduğunu deyib. Bundan sonra o, ayrıca təyyarə kirayələyib.

Qeyd edək ki, həmin gecə Demet Akalın və Murat Dalkılıça 1 saatlıq ifa üçün 250 min TL ( təxminən 127 min AZN) qonorar ödəniləcək.