Burak Yılmaz avtobus sürücüsü ilə dalaşdı (VİDEO)

Türkiyə millisinin futbolçusu Burak Yılmaz avtobus sürücüsü ilə dalaşıb.

BAKU.WS-in məlumatına görə, hadisə 8 dekabr günü Nişantaşında baş verib. Lüks cipi ilə hərəkət edən futbolçu qəflətən avtobusu şoferi ilə mübahisə etməyə başlayıb.

Avtobusun şüşəsinə vuraraq qapının açılmasını istəyən Yılmaz sürücü ilə mübahisə edib. Əsəbiləşərək avtobusa minən Yılmaza avtobus şoferinin reaksiyası sərt olub. Kreslonun altındakı çubuğu götürüb futbolçunu vurmaq istəyən sürücü son anda fikrindən dönüb. Avtobusdan enən Burak Yılmazı vətəndaşlar çətinliklə sakitləşdirib.

loading...