Müğənni Sıla Adanada restoranlardan birində görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, restorana kabab yeməyə gedən müğənni özü də manqal başına keçib.  Əti şişə keçirən və onu yaxşıca manqalda bişirən Sıla kamerala tuş gəldiyini görüncə deyib:  “Əlimin bu qədər bacarıqlı olduğunu mən də bilmirdim. Müğənni olmasaydım, kababçı olardım”.