Məşhur alt geyimləri markası Curvy Kate 2009-ci ildən bu yana müxtəlif qruplardan və peşələrdən iri sinəli, kilolu qadınlar arasında “Star in Bra” (“Büstqalter ulduzu”) yarışması təşkil edir.
2015-ci ilin seçmələrinə qatılan 1000 qadından finala qalan 10 böyük bədən-iri sinəli qadın arasından birinciliyi, 21 yaşındakı təcrübəçi polis Sophia Adams qazanıb. Böyük bədən model agentliyi Bridge London ilə modellik müqaviləsi imzalayacaq olan gənc polis Curvey Kate-in 2016 modellərinin tanıdılacağı Mediterranean kataloqunda modellərin təqdimat üzü olacaq.
Gənc polis çox xoşbəxt olduğunu, qarşıda yeni, əyləncəli, rəngli bir həyatın başlayacağını söyləyib.
feed.az