Bakıda faciəvi hadisə baş verib.
Oxu.az xəbər verir ki, Səbail rayonu Niyazi küçəsində avtomobil sürücüsü ölüb. Saat 15:00 radələrində Niyazi küçəsində hərəkətdə olan avtomobilin sürücüsünün halı qəfil pisləşib. O, idarəetməni itirib və avtonəqliyyat vasitəsi yolun kənarında olan maneəyə çırpılıb.
Təcili tibbi yardım briqadası gələnədək sürücü keçinib. İlkin məlumata əsasən, sürücünün ürəyi partlayıb. Qeyd olunur ki, avtomobildə uşaqlar da olub.