Aktyor Burak Özçivit haqqında yayılan şayiəyə münasibət bildirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə gün əvvəl Burakın sahildə yaxtasını gözləyərkən bir qadın ona yaxınlaşaraq “Şəklimi çəkə bilərsiniz?” deyib. Aktyor “Təbii ki, bəlkə sonra birlikdə də çəkilərik” deyib. Onu tanımayan qadın isə “Bu, nə münasibətdir? Siz kimsiniz ki?” deyib.
“Kara sevda”nın ulduzu bu iddiaların yalan olduğunu deyib:
“Yayılan xəbər yalandır. Belə şey olmayıb. Bir yerlərindən xəbər uydurmasınlar”