Günay itkin düşən neftçilər haqda:

Müğənni Günay İbrahimli bu gün Xəzər dənizində 10 neftçinin itkin düşməsi ilə bağlı paylaşım edib.

Axşam.az-ın məlumatına görə, ifaçı cəsədi tapılan bir nəfərin ailəsinə başsağlığı verib:

“Bu günü acı xəbərlə açdıq. Saytlardan oxudum ki, gecə saatlarında Neft-Qazçıxarma idarəsinin birinci mədənindəki butka dənizə düşüb. Faciə zamanı butkada 10 nəfər olub. Xəzər bir can aldı, qalan 9 nəfər isə itkin düşüb. 10 ailədən biri ölüm xəbərini eşidib acı çəkir. Digər 9 ailə isə bir ümid gözləyir. Gözlər yoldadır, övladlar atalarını, bacılar qardaşlarını, analar övladlarını gözləyir. İtki dəhşət bir şeydir. Ölənə rəhmət, qalananlarına isə xoş xəbər eşitmək diləyirəm. Öz sevdiklərimizin qədrini vaxtında bilək, onlara diqqət edək”.