Rusiyalı müğənni Dima Bilan xəstəxanaya düşüb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə 35 yaşlı müğənni özü məlumat verib. İnstaqram səhifəsində xəstəxanada olan fotosunu paylaşan Dima yazıb:
“Ura! Ura! Bronxlarım tab gətirmədi. Vaxtında yaxalandım, yoxsa, sətəlcam ola bilərdim. Müalicələr gedir. Amma hələ bir neçə gün yataq rejimində olmalıyam. Razılaşmaqdan başqa çıxış yolum yoxdur”.
İfaçının sağlamlığı ilə bağlı narahat olan fanatları ona şəfa diləyiblər.
Qeyd edək ki, havaların soyuq keçməsi D.Bilana təsir etmişdi. O, bir müddət əvvəl soyuqladığını bildirmişdi. Hətta, 38 dərəcə qızdırma ilə Yeni İl çəkilişlərinə də getmişdi.