Futbolçu Devid Bekham və onun dizayner həyat yoldaşı Viktoriya Bekham yeni ev alıblar.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük Böyük Britaniyaya aşiq olduğunu desə də, lakin Los-Ancelesdə ən bahalı evə sahib olublar.
Belə ki, sahəsi 18,6 min kvadrat olan evə ailə 201,5 milyon dollar pul verib. Malikanədə 123 otaq var, onlardan 14-ü yataq otağı, 27-si hamamdır. Həyətyanı sahədə hovuz, tennis meydançası, boulinq, idman zalı, rəqs dərnəyi var.
Rəqs dərnəyinin həyatdə olması Bekhamları daha çox cəlb edib. Çünki futbolçunun qızı Xarper rəqslə məşğuldur.
Bundan başqa villanın həyətində 100 maşın üçün parketmə ərazisi də var.
Qeyd edək ki, bir müddət əvvəl cütlük ərazisi böyük olan mülk axtarışında olduğunu vurğulamışdı.