Amerikalı aktyor və şoumen Alan Tik dünyasını dəyişib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, 69 yaşında Los-Ancelesdəki evində ürək çatışmazlığından vəfat edib.
Tik daha çox özünün “Böyümə problemləri” (Growing Pains, 1985-1992) serialındakı rolu ilə məşhurlaşıb.
O, həm də aparıcı kimi tanınıb. Bir sıra Amerika və Kanada teleşoularının müəllifi olub, komediya serialları üçün mahnılar yazıb.
2013-cü ildə onun şərəfinə Kanadada şöhrət xiyabanında ulduz qoyulub.