“Barcelona” klubunun argentinalı futbolçu Leonel Messi üstündə “MESSİ 10” yazılan klyokdan hazırladığı formanı geyinərək sosial şəbəkələrdə məşhurlaşan Mürtəza ilə görüşüb.
Musavat.com-un məlumatına görə, onların görüşünü Əfqanıstanın futbol federasiyası təşkil edib. “Barcelona” – “Əl-Ehli” klublarının keçirəcəyi yoldaşlıq görüşü üçün Qətərə gələn Messi stadiona 6 yaşlı Mürtəzanın əlindən tutaraq çıxıb. Daha sonra Messi Mürtəzanı qucağına alaraq şəkil çəkdirib.
Oyun “Barcelona”nın 5-3 hesablı qələbəsi ilə başa çatıb.