Müğənni Hülya Avşar gözəllik salonundan çıxarkən kameralara tuş gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, jurnalistlərə hazırda film çəkdiyini və yeni verilişinin efirə getməsi ilə bağlı başının qarışıq olduğunu bildirib.
Yaxşı təklif gələrsə, özünün də seriala və ya filmə çəkilmək istədiyini dilə gətirən Hülya deyib:
“Bu yaxında bir təklif gəlmişdi. Sadəcə ssenari mənlik deyildi. Ona görə təklifi qəbul etmədim. Amma yaxşı təklif gələrsə, niyə də olmasın”.
Avşar ilk verilişinin 15 yanvarda efirə gedəcəyini və qonağının Acun İlicalı olacağını vurğulayıb.
İfaçının 2 min 650 türk lirəsi (təxminən 1500 AZN) qiymətinə olan bir çox dünya ulduzlarının geyindiyi içi tüklü tərlikləri və bahalı maşını da gözdən yayınmayıb.
http://s017.radikal.ru/i408/1612/91/93d94f58d87f.jpg
http://s020.radikal.ru/i723/1612/0e/90c8368c111b.jpg
http://s48.radikal.ru/i119/1612/0b/154b677974e8.jpg
http://s017.radikal.ru/i422/1612/be/da1f670d0800.jpg
http://s015.radikal.ru/i333/1612/62/711d13a8875b.jpg