Zimbabve Prezidenti Robert Muqabe növbəti prezident seçkisində iştirak etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim Afrika Xalqının İttifaqı Partiyasının katibi İqnatius Çombo söyləyib. O, partiyanın 92 yaşlı Muqabenin namizədliyini dəstəklədiyini bildirib. Qeyd edək ki, Zimbabvedə prezident seçkisi 2018-ci ildə keçiriləcək. Muqabe 1987-ci ildən Zimbabveni idarə edir. O, Qərbə qarşı kəskin mövqeyi ilə seçilir. Muqabe insan haqlarının pozulmasında, qara rasizmdə, korrupsiyada günahlandırılır.