Türkiyə parlamentində dava düşüb.
Musavat.com-un məlumatına görə, bu dəfə dava qadın deputatlar tərəfindən başladılıb. Türkiyə Böyük Millət Məclisində 2017-ci il büdcə müzakirəsi zamanı səhiyyə naziri Recep Akdağ HDP-li qadın deputatların sərt tənqidinə eyni sərtliklə cavab verib. AKP-dən seçilən deputatlar da səhiyya nazirinin sözlərinə dəstək veriblər.
Bu vaxt HDP və AKP-çi deputatlar ayağa qalxaraq bir-birilərinin üstünə yeriyib, itələşməyə başlayıbar. Onları CHP-çi deputatlar ayırıb.