İstanbulun Beşiktaş rayonunda törədilən terror aktında yaralanan bank işçisi Selin Çelik xəstəxanada həyatını itirib.
Musavat.com-un məlumatına görə, 28 yaşlı Selin Çelik yaralı halda Şişlidəki xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Gənc xanımın cənazəsi tibbi ekspertizaya aparılıb.
Qeyd edək ki, Selin Çelik “Galatasaray” idman klubunun üzücüsü Pelin Çelikin bacısıdır.