Azərbaycanın poçt rabitəsi operatoru Azərpoçt MMC “e-Gov-Pay” ilk ödəniş terminalını işə salır.

Qurumdan Trend-ə verilən məlumata görə, terminal valyuta mübadiləsi funksiyasına sahib olacaq.

Terminalın istifadəyə verilməsi “Azərpoçt”un “bir pəncərə” prinsipi ilə çalışan ilk mərkəzinin rəsmi açılışından sonraya planlaşdırılır. Açılış mərasimi yaxın günlərdə keçiriləcək.

Bu cür terminallar vasitəsilə kommunal, rabitə xidmətləri və internetə görə ödənişləri həyata keçirmək mümkün olacaq.

Yaxın zamanlarda bu cür terminallar Yasamal və Xətai rayon filiallarında açılacaq mərkəzlərdə təşkil olunacaq. Gələn ilin ilk yarısında Bakı və Sumqayıt şəhərlərində 5 bu cür mərkəz işə salınacaq.

Загрузка...