Bir vaxtlar Hülya Avşarla eşq yaşayan Tanju Çolak verdiyi müsahibəsi ilə hər kəsi təəccübləndirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tanju Hülya ilə münasibətlərini onun günahından bitirdiklərini deyib:

“Xasiyyətimiz uyğun gəlsəydi Hülya ilə ailə qurardıq. Ayrılmağımıza Hülya səbəb oldu. Hülya ilə yaşadığım eşq haqda bizim evdə heç vaxt danışılmaz. Məni evə qaytaran həyat yoldaşım Aysunun davranışı oldu. Deyingən bir qadın olsaydı bu münasibət çoxdan bitmişdi. Hülya ilə küsülü deyilik. Bir dəfə rastlaşdıq, əl verib görüşdük”.

Tanju Hülya Avşarın qızı Zehradan da bəhs edib:

“Əgər oğlum Hülyanın qızına aşik olarsa, münasibətlərinə qarışmaram. Hülya ilə böyük eşq yaşadıq, 5 manat pulumu yemədi”.

Загрузка...